Bakıda polis arvadının burnunu sındırdığına görə işdən çıxarılıb. Bu haqda 6 aprel tarixində Report məlumat verib.
Nizami rayonunda restoranların birində 2021-ci il oktyabrın 30-da polis serjantı restoranın qarşısında həyat yoldaşı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, qəsdən əlinin içi ilə qadının baş və sifət nahiyələrinə zərbələr vurub. Nəticədə xanımın burnu sınıb.o
Hadisədən sonra qadın polisə şikayət edib və onun əri saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa yüngül zərər vurma” maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə polis 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin o, hadisədən sonra işdən azad edilib.