Bakıda Post Patrul xidmətinin (PPX) əməkdaşları qəflətən huşunu itirən sürücünün həyatını xilas ediblər. Bu haqda bu gün, 11 iyul tarixində Oxu.az məlumat verib.
Hərəkətdə olan avtomobildə sükan arxasında olan sürücü naməlum səbəbdən huşunu itirib.
Bu zaman hadisə yerində olan PPX-nin əməkdaşları dərhal qaçaraq maşını saxlayıblar və qəzanın qarşısını alıblar.
12:05 - Yenilənib
Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyevin sözlərinə görə, hər iki polis əməkdaşı fədakarlıqlarına görə mükafatlandırılacaq.