Bakının Xətai rayonunda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Bu haqda bu gün, 9 iyul tarixində Caliber.az məlumat verib.
“Toyota Prius” markalı minik avtomobili yol ayrıcında “BakuBus”-ın “BMC” markalı avtobusunun arxa sağ tərəfinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[URIS id=52043]