Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 11 aprel tarixində APA məlumat verib.
Hadisə Ziya Bünyadov prospektində baş verib. “Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkət edən “Hyundai” markalı avtomobilə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.