Paytaxtda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın verdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
33 yaşlı Şəhriyar Məmmədov idarə etdiyi avtomobillə digər maşına çırpılıb. Nəticədə Şəhriyar Məmmədov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı araşdırma aparılır.