Paytaxtın Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyası yaxınlığında qadın döyülüb. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
34 yaşlı Pərvanə Həbillayeva bildirir ki, adıçəkilən ərazidə tanımadığı 6 nəfər şəxs tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.