Bakıda qadını hədələyən gənc oğlan tutulub. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini, 24 yaşlı İbrahim Nəcəfov bir qadının şəkillərinin sosial şəbəkədə paylaşacağı ilə hədələyərək ondan 180 AZN pul alıb. Üstündən biraz vaxt keçəndən sonra o, yenə həmin qadını hədələyərək pul tələb edib.
Onun barəsində araşdırmalar davam edir.
[video width="848" height="480" mp4="https://bakuplus.az/storage/photos/2023/05/video-whatsapp-2023-05-09-v-10.02.57.mp4"][/video]