Bu gün, 11 fevral saat 07:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsində 55 yaşlı qadın qətlə yetirilib. Bu haqda Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, Pakizə Məmmədova yaşadığı evdə münaqişə zamanı kəsici alətlə öldürülüb. Cinayət əməlini törətməkdə şübhəli bilinən həyat yoldaşı, 56 yaşlı Aydın Məmmədov saxlanılıb. O, istintaqa təhvil verilib.
Araşdırma davam edir.