Bakının Nəsimi rayonunda, Mərkəzi Bankın yaxınlığında qadın avtomobillə hərəkət edərkən sükan arxasında huşunu itirib. Bu haqda 22 fevral tarixində Bizim.Media məlumat verib.
Yoldan keçən piyadalar qadının huşunu itirdiyini görüb və polisə məlumat veriblər.
Polis əməkdaşları ətrafdakıların köməkliyi ilə avtomobili hərəkət hissəsindən kənarlaşdıraraq hadisə yerinə təcili tibbi yardım briqadasını çağırıblar.