Paytaxt ərazisində qadınlara qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüləri saxlanılıblar. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Uber" və "Bolt" taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, eləcə də əxlaqsız təkliflər etmələri ilə əlaqədar paytaxtın bir sıra rayonlarında əməliyyatlar keçirilib. Nəticədə 10 nəfər sürücü şübhəli qismində saxlanılıb.
Həmin şəxslər barəsində toplanan materiallar məhkəməyə verilib.