Bakıda bir nəfər qanunsuz odlu silah saxladığına görə saxlanılıb. Bu haqda BakuPlus.az bu gün, 8 aprel tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Suraxanı rayonu ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilinən Bəhmən İbrahimov saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd "TT" markalı tapança, 8 ədəd patron və patron darağı aşkar olunub.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.