Paytaxtın Suraxanı rayonunda Qarabağ qazisinin pulu dələduzluq yolu ilə mənimsənilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 17 fevral tarixində xəbər verir.
Bakı şəhər sakini Famil Quliyev Binə qəsəbəsində 2 sot torpaq sahəsini Qarabağ qazisi Nazim Kazımova satacağına yalandan vəd verərək onun 5 min 670 manat pulunu alıb.
N.Kazımov vədinə əməl etməyən Famil Quliyev barəsində polisə müraciət edib.
Həmin şəxs saxlanılıb.