Bakıda qayınata kürəkəni tərəfindən zorakılığa məruz qalıb. Bu haqda Report 28 dekabr tarixində xəbər verib.
Paytaxtın Suraxanı rayonunda 56 yaşlı Əbülfət Qurbanov öz yaşadığı mənzildə kürəkəni tərəfindən döyülüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Qurbanov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.