Bakıda 1 nəfər digərini hədələyərək ondan pul tələb edib. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əlişan Yediyarov Bakı sakini olan 1 nəfəri hədələyərək öncə ondan 1000 AZN pul tələb edib, daha sonra yenə pul verməsini istəyib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.