Bakı şəhəri, Nizami rayonunda iki ədəd qumbara aşkar olunub. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu gün, 17 mart tarixində məlumat yayıb.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb olunub. Mütəxəssislər əraziyə girişi məhdudlaşdıraraq insanları təhlükəsiz məsafəyə aparıblar. Daha sonra qeyd olunan yerdə 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQN-D qumbarası aşkar olunaraq ərazidən götürülüb.
Hadisə yerində təhlükəli və ya şübhəli başqa əşya tapılmayıb.
[URIS id=37452]