Paytaxtın Qaradağ rayonunda ər öz arvadını bıçaqlayıb. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini Namil Əhmədov qısqanclıq üstündə həyat yoldaşı Elnarəni kürəyindən bıçaqlayıb. Daha sonra N.Əhmədov hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.