Paytaxtın Nəsimi rayonunun Süleyman Rüstəm küçəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
67 yaşlı Şöhlət Əliyev mağazadan çörək alıb evə qayıdan zaman naməlum şəxslə mübahisə edib. Nəticədə o, həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.