Bakıda restoranda kütləvi dava olub. Bu haqda məlumatı Bakuplus.az bu gün, 24 fevral tarixində Xəzər Xəbərə istinadən verir.
Hadisə paytaxtın Əhməd Rəcəbli küçəsində yerləşən restoranda qeydə alınıb. Müdir və 10 işçisi restorana müştəri qismində gələn Bakı sakini Ruslan Əliyevi döyüblər. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.