Bakıda sürücü son anda təhlükədən yayınıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Paytaxtın Nizami rayonu, Koroğlu metrosundan Hava Limanı istiqamətində sürət həddi 100 km/saat olan yoldan ikisi böyük, biri uşaq olmaqla piyadalar keçib. Sürücü onları son anda görüb və qəzadan yayınmağı bacarıb.
Hadisənin görüntülərini avtomobilin videoregistratoru qeydə alıb.