Paytaxtın Yasamal rayonunda sərnişinlər sürücünü boğmağa cəhd ediblər. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli 22 aprel saat 22:00 radələrində sərnişin kimi oturduqları “Khazar” markalı avtomobilin sürücüsünü boğmağa başlayıblar. Sürücü avtomobildən çıxmağı bacarsa da, həmin şəxslər nəqliyyat vasitəsini qaçırıblar.
Onlar saxlanılıblar. Hazırda barələrində araşdırma aparılır.