Bakının Nəsimi rayonunda kişidən narkotik aşkarlanaraq götürülüb. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş O.Məmmədov saxlanılıb.
Baxış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı onun oktyabrın 17-də rayon ərazisində O.Rəhimova məxsus skuteri oğurlaması da müəyyən olunub.