Bakının Səbail rayonunda konteyner yanıb. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Dəmir konstruksiyadan ibarət fəhlələrin soyunub-geyinməsi üçün istifadə olunan konteynerin içərisindəki əşyalar yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb.