Bakının Nəsimi rayonu, Nizami küçəsində yerləşən avtomobil təmiri sexində yanğın olub. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Ümumi sahəsi 150 kv.m olan 2 boksdan ibarət avtomobil təmiri sexində divan və taxta qırıntıları yanıb. Sexin qalan hissəsi və içərisində olan 2 ədəd avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəsarət alan olmayıb.