Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində təndirçinin telefonu oğurlanıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Hadisə un məmulatları mağazasında baş verib. İlk öncə əlbir olanlardan biri qadının diqqətini yayındırıb. Həmin zaman digər şəxs təndirçinin telefonunu oğurlayaraq çörəklə birgə mağazadan uzaqlaşıb.
Həmin hadisə müşahidə kameralarına düşüb.