Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxs saxlanılıb. Bu haqda BakuPlus Daxili İşlər Naziriyinin DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Elşad Hacıyev məlumat verib.
Hadisəni törədən 37 yaşlı Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.
Elşad Hacıyevin sözlərinə görə, F. İsmayılov ilkin izahatında əməlini etiraf edib.
Müvafiq araşdırmalar davam etdirilir.
Sosial şəbəkələrdə Bakının Nizami rayonu, metronun "Qara Qarayev" stansiyası yaxınlığında naməlum şəxsin əlindəki bıçaqla yolun kənarında dalğalanan Türkiyə bayrağının ipini kəsməsini əks etdirən video yayılmışdır.