Ötən gün saat 20:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində taksi avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
“Honda İnsight” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əks-hərəkət zolağına çıxıb və avtobus dayanacağına çarpılıb.
Qəza zamanı taksi sürücüsünün onurğası qırılıb, o huşunu itirib. Qəza yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar.