Ötən gün Bakıda yanğın hadisəsi qeydə alınıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayon ərazisində ümumi sahəsi 250 kv.m olan fəaliyyət göstərməyən tikilinin dam örtüyünün taxta atmaları 10 kv.m sahədə yanıb.
Hadisə yerinə cəlb olunan FHN-in briqadaları yanğını söndürüblər. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.