Paytaxtın Yasamal rayonunda TIR yanıb. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma yük avtomobilinin kabinəsində başlayıb. Nəticədə kabinə və qoşqunun üzərinə çəkilən tent qismən yanıb. Nəqliyyat vasitəsinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.