Bakıda şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Xətai rayonunda yerləşən “Təbrik” şadlıq sarayında baş verib. 36 yaşlı Vüsalə Abbasova məclis zamanı həyat yoldaşına boşanacağını bildirib. Bu sözə hiddətlənən kişi qadına 8 bıçaq zərbəsi vurub.
V.Abbasova xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.