Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun Bakıxanov qəsəbəsində yerləşən “Həyat yolu” şadlıq sarayında baş verib. Şənlik zamanı toyda dava düşüb. Nəticədə 25 yaşlı Mirbala Qasımov bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.