Ötən gün Bakıda tonqalda xəsarət alanların sayı açıqlanıb. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, İ.Məmmədov, 17 ünvanından və Yasamal rayonu, Şərifzadə küçəsindən tonqalda xəsarət alma ilə bağlı müraciətlər daxil olub.
Onlardan biri, 4 yaşlı oğlan uşağı qollarının yanığı, digəri, 17 yaşlı yeniyetmə isə əllərinin yanığı ilə xəstəxanaya yerləşdiriliblər.
Daha öncə Bakıda 2 nəfərin tonqala yıxılması ilə bağlı videogörüntülər yayılmışdı.