Bakıda müxtəlif bank hesablarından 17.000 manata yaxın pulu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
8 nəfərin bank hesablarından ümumilikdə 16.702 manat pul vəsaitləri oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Rzazadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.