Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində oğurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Ataməli Nəbiyevə məxsus velosiped işlədiyi avtomobil sexinin qarşısından naməlum şəxs tərəfindən oğurlanıb. Oğurluq anı kamera obyektivinə düşüb.
Faktla bağlı araşdırma aparılır.