Bakının Nəsimi rayonunda velosipedləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3950 manat dəyərində 3 ədəd velosiped oğurlanıb. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb.
Fakt araşdırılır.