Paytaxtda iki avtomobil toqquşub. Bu haqda 14 dekabr tarixində Report xəbər verib.
Nizami rayonunda iki avtomobil toqquşaraq qəza törədib. Qəza nəticəsində 21 yaşlı Firudin Cəfərov və 19 yaşlı Məmmədağa Cəfərov müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam edir.