Bakıda yerləşən tibb müəssisəsində işçi döyülüb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Heydər Əliyev prospektində yerləşən “Yeni Klinika” tibb müəssisəsində Elxan adlı şəxs orada qeydiyyatçı işləyən 42 yaşlı Anar Məmmədovu döyüb. Mübahisənin hansı səbəbdən başlandığı məlum deyil.
Faktla bağlı araşdırmaya başlanılıb.