Bakıda əcnəbi vətəndaşa məxsus kartdan oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yanvarın 11-də bir əcnəbi vətəndaşın bank kartını itirməsi və hesabından 358 manatının çıxarılaraq oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları müvafiq tədbirlər görərək oğurluq əməlində şübhəli bilinən Zəngilan rayon sakini Hafiz Tağıyev və Bakı şəhər sakini Məhəmməd İlyasovu saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.