Paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 2 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Shacman” və “Ford” markalı yük avtomobilləri toqquşub. FHN-nin əməkdaşları deformasiya olunmuş “Ford” markalı yük maşınından 2 nəfəri xilas ediblər, bir nəfərin isə meyitini çıxardıblar.
Mərhumun şəxsiyyəti dəqiqləşdirilir.
Dİgər hadisə Bakı dairəvi yolda baş verib. Bu haqda bu gün, 1 noyabr tarixində Oxu.az məlumat yayıb. Yük avtomobili yolun qırağındakı maneəyə çırpılıb. Badamdar istiqamətinə gedən avtomobil yolunda sıxlıq yaranıb.
Xəsarət alan yoxdur.