Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 11 aprel tarixində APA məlumat verib.
Ziya Bünyadov prospektində hərəkət edən “Shacman” markalı avtomobilin sürücüsü idarəetməni itirərək eyni istiqamətdə gedən “Mercedes”-ə, daha sonra isə “Ford” markalı avtobilə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə ciddi maddi ziyan dəyib.