Bakıda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib. Bu haqda bu gün, 28 mart tarixində Report məlumat verib.
Hadisə martın 16-da Xətai rayonu ərazisində qeydə alınıb. Yavər Rəşidov "RR FOOD" MMC-yə məxsus "Hyundai" markalı yük avtomobilini "Fəridə" şadlıq sarayının həyətində arxaya doğru idarə edərkən piyada İlqar Tağılını vurub. Sonuncu aldığı xəsarətlərdən 11 gün sonra 3 saylı şəhər Kliniki Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.