Yanğın paytaxtda yerləşən altımərtəbəli binada olub.
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Tikilinin 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 4 ədəd elektrik sayğacı, 4 ədəd qoruyucu açarı və çıxış kabeli yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.