Paytaxtın Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayonda yerləşən və ümumi sahəsi 12 kv.m olan köməkçi tikili 8 kv.m sahədə alışıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.