Bakı şəhəri, Nizami rayonunda yerləşən doqquzmərtəbəli binada yanğın baş verib. Bu haqda Fövqəlada Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Alışma yeddinci mərtəbəsində olan mənzilin mətbəxində başlayıb. Nəticədə içəridə olan əşyalar, həmçinin taxta və plastikdən ibarət olan pəncərə çərçivəsi yanıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər mənzildən bir nəfər xilas ediblər. Həmçinin, digər mənzillərdən 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi və yaxınlığındakı mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.