Paytaxtın Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 6 ünvanında hündürmərtəbəli binanın lifti qırılıb. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Liftin əyləcinin tutmaması səbəbindən daşıyıcı sürətlə bir mərtəbədən digərinə düşüb. Nəticədə 48 yaşlı Zəhra Məmmədova ayağından xəsarət alıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.