Bakıda daha bir sürücü avtomobilini yolun düzgün istiqamətində, lakin geriyə sürüb. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az məlumat verir.
“VAZ-21099” markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Ziya Bünyadov prospekti ilə "20 Yanvar" metro stansiyası istiqamətində, tunelin içinə doğru nəqliyyat vasitəsini geriyə sürüb.
İki gün öncə paytaxtın Nərimanov rayonunda - Heydər Əliyev Mərkəzinin yanında gənc sürücü avtomobili geriyə sürərək polisdən qaçmağa çalışıb. O, öncə "Mercedes S Class" markalı avtomobili əzib, daha sonra digər nəqliyyat vasitələrinə ziyan vurub.
[video width="716" height="894" mp4="https://bakuplus.az/storage/photos/2023/04/video_2023-04-11_09-58-561.mp4"][/video]