Bakının mərkəzində əcnəbi vətəndaşdan oğurluq edilib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 40 yaşlı Hamid Ahmed Jalaluddin Kamarın içərisində 400 AZN olan pulqabısını oğurlayıblar.
Araşdırma zamanı məlum olub ki, hadisəni törədənlər 12 yaşlı Ramazan Bəkirov, 12 yaşlı Səlcan İmranova və 10 yaşlı Zeynəb Mukavadzedir.
Araşdırmalar davam edir.