Bakıda yeniyetmələri avtomobil vurub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 29 oktyabr tarixində xəbər verir.
Xətai rayonunda 14 yaşlı Ayxan Şəkərov və 12 yaşlı Tunar Novruzov yolu keçərkən onları avtomobil vurub.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.