Bakıda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 20 aprel tarixində xəbər verir.
Paytaxtın Nizami rayonunda yolu keçən 26 yaşlı Aydan Soltanovanı avtomobil vurub. Xəstəxanaya çatdırılan yaralıya sol incik sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Qaradağ rayonunda isə 39 yaşlı Seymur Babayevi yolu keçərkən avtomobil vurub. Təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilən yaralıya sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktlarla bağlı araşdırmalar aparılır.