Bakının Nərimanov rayonunda ana və 8 aylıq uşağının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 26 aprel gecə saatlarında Report məlumat verib.
Məlumata görə, avtomobil 41 yaşlı Günay Sadıqovanı və onun 8 aylıq uşağını vurub.
Yaralılar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Sadıqovaya sağ baldır sümüyünün yerdəyişən sınığı, körpəyə isə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.