Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 17 mart tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
“BMW” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində “BMW”-nin sürücüsü yaralanaraq avtomobildən düşə bilməyib. Hadisə yerinə cəlb olunan FHN-nin xilasetmə briqadası sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib.